AUT.AZ

Türkiyədə dəhşət: qapıçının başına künc bayrağı ilə zərbə endirdi – Video

Türkiyədə Birinci Liqanda keçirilən “Göztəpə” – “Altay” matçında azarkeş meydançaya qaçaraq rəqibin qapıçısına künc bayrağı ilə zərbə endirib.

BAut.az xəbər verir ki, əvvəlcə “Altay” azarkeşləri “Göztəpə”in  azarkeşlərinin tribunasına partlayıcı maddə atıblar. Bir neçə azarkeşin tibbi yardıma ehtiyacı olub, meydana iki təcili yardım maşını çıxıb.

Bir qədər sonra “Göztəpə” azarkeşi künc bayrağı götürərək meydançaya qaçıb və onunla “Altay”ın qapıçısı Ozanın başının arxasına bir neçə zərbə vurub.

Qeyd edək ki, qarşılaşma ilk hissənin ortalarında dayandırılıb və hələ də davam etdirilməyib.

 

Exit mobile version