AUT.AZ

Rusiya bayrağına görə cəza olacaq?  

FİFA-ın mətbuat katibi Covanni Marti Kamerun millisinin futbolçusu Qael Onduanın butsunda Rusiya bayrağının təsviri ilə bağlı insident haqda danışıb.

Aut.az NRK-ya istinadən xəbər verir ki, Marti FİFA-ın intizam komitəsinin məsələdən xəbərdar olduğunu bildirib, amma qeyd edib ki, futbolçu buna görə cəzalanmayacaq:

“Sizə deyə bilərəm ki, intizam komissiyasının bundan xəbəri var, amma burada heç bir problem yoxdur, çünki o, Rusiyada böyüyüb. Qael Kamerun və Rusiyadandır və bu, sadəcə, ölkəsinin bayrağıdır.

FİFA Rusiya bayraqlarına qadağa qoyub? Yox, problem yoxdur. Onun ikili vətəndaşlığı var. Rusiya bayrağı ilə “One Love” yazılmış kapitan sarğıları nə ilə fərqlənir? Mən təfərrüata varmaq istəmirəm. Bütün demək istədiklərim bu idi”.

Aut.az

 

Exit mobile version