AUT.AZ

Ronaldo şam yeməyi təşkil etdi, o gəlmədi

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo millidəki tərəfdaşlarını birgə şam yeməyinə dəvət edib.

Aut.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, bu yolla hücumçu “Mançester Yunayted”lə ayrılması ilə bağlı yaranan ajiotaja son qoymaq istəyib ki,  milli komandanın düşərgəsində lüzumsuz boşluqlar olmasın.

Maraqlıdır ki, şam yeməyinə Ronaldonun MY-dəki keçmiş komanda yoldaşları Bruno Fernandes və Dioqo Dalot qatılıb, lakin “Mançester Siti”nin futbolçusu Bernardo Silva bundan imtina edib.

Xatırladaq ki, DÇ-2022-də Portuqaliya yığması qrup mərhələsinin ilk oyununda Qana yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Aut.az 

 

Exit mobile version