AUT.AZ

Qətər Portuqaliyanı “qara siyahı”ya salacaq

Qətər hakimiyyəti dünya çempionatından sonra Portuqaliyanı qara siyahıya salacaq. Aut.az xəbər verir ki, buna səbəb Portuqaliya prezidenti Marselo Rebelo de Souza və ölkənin baş nazir Antonio Kostanın bəyanatlarıdır.

Xatırladaq ki, de Souza Dohada Portuqaliya və Qana oyunu ərəfəsində keçirilən konfransda insan haqları ilə bağlı açıqlama vermişdi. Baxmayaraq ki, onun sözlər kifayət qədər mülayim olsa da, Qətər hökuməti ölkə liderlərinin əvvəlki bəyanatlarını da nəzərdən keçirib. Bundan sonra Portuqaliyanın bu ölkədəki səfiri Qətərin baş nazirliyinə dəvət edilib.

“Qara siyahı”nın siyasi və iqtisadi nəticələri ola bilər və insanların iki ölkə arasında hərəkətinə təsir göstərə bilər. Qətərin Danimarka, Almaniya və Fransanın ictimai tənqidlərini də bəyənmədiyi bildirilir.

Aut.az

Exit mobile version