AUT.AZ

Messiyə bu liqada böyük maraq var, Ronaldoya isə…

MLS-in rəhbəri Don Qarber PSJ-in hücumçusu Lionel Messini liqada görmək istəyir.

Aut.az xəbər verir ki, Qarber Leonun ABŞ-a gələ biləcəyi ilə bağlı söz-söhbətin yayıldığını bildirib. O, Ronaldo haqda da danışıb:

“Son günlər yayılan bütün şayiələrlə tanışam, lakin onların heç biri Kriştiano Ronaldoya aid deyil. Düşünürəm ki, gec-tez onun haqqında da nələrsə meydana çıxacaq. Amma indi bu və ya digər komandanın onunla həqiqətən maraqlandığını deyə bilmərəm.

Messiyə isə maraq var idi. Amma biz qaydalara əməl etməyin vacibliyinə inanırıq, ona görə deyə bilərəm ki, indi Messinin etibarlı müqaviləsi var, bundan sonra nə edəcəyinə özü qərar verəcək.

Onu bizim liqaya gətirə bilsələr, MLS-dən bütün dünya danışardı. Messi haqqında bundan sonra da nələrsə eşitsəm, təəccüblənmərəm”.

Aut.az

Exit mobile version