AUT.AZ

“Meksikalılar da onun oyunundan həzz aldılar”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatında Meksika ilə keçirilən oyundan (2:0) sonra fikirlərini bildirib.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Skaloni Lionel Messi haqqında danışıb və onu xeyli tərifləyib:

“Matçın taleyini 10 nömrəmiz həll etdi. Bizim üçün əladır. Leonun arxasında onu dəstəkləyən komanda var. Biz uzun illərdir ki, dünyanın ən yaxşı oyunçusuna malik olduğumuzu bilirik.

Düşünürəm ki, hətta meksikalı azarkeşlər də, komandaları məğlub olmasına baxmayaraq, Messinin oyunundan həzz aldılar”.

Messi Meksika ilə oyunda hər iki qolda pay sahibi olub – qol vurub və məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version