Romanın “Latsio” klubu “Portu”nun iranlı hücumçusu Mehdi Taremi ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə məlumatı “Football Italia” yayıb. “Portu”nun heyətində bu mövsüm 19 matçda 13 qol vuran hücumçu 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir. Taremi “Riu Ave”dən “Portu”ya 2020-ci ildə 4,73 milyon avroya keçib.
Hücumçu Qətərdə keçirilən dünya çempionatında İran millisini heyətində artıq iki qol vurub. Taremi İngiltərə ilə oyunda (2:6) dubla imza atıb. Qrup mərhələsinin 2-ci turunda iranlılar Uels komandası üzərində qələbə qazanıb (2:0). İranın qrupda sonuncu rəqibi ABŞ yığması olacaq.
Aut.az