AUT.AZ

Məsləhət verdi: Onu ehtiyatda saxla

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytə məsləhət verib.

Aut.az “The Times”a istinadən xəbər verir ki, Runi yığmanın hücumçusu Harri Keynlə bağlı danışıb. O, baş məşqçiyə tövsiyə edib ki, Uelslə oyunda rotasiya etsin:

“Baş məşqçi olsaydım, Uelslə oyunda rotasiya edər və Harri Keyni ehtiyatda saxlayardım. Onun dincəlməsinə şərait yaradardım. Harri bizim ən vacib oyunçumuzdur. Onu qorumaq imkanı olanda, bundan maksimum istifadə etmək lazımdır. Buna görə də Keyni ehtiyat oyunçular skamyasında saxlayardım”.

Uels-İngiltərə qarşılaşması noyabrın 29-da keçiriləcək.

Aut.az

Exit mobile version