AUT.AZ

İranın FİFA-dan tələbi: İzahat ver, Klinsman istefa versin

İran Futbol Federasiyası FİFA-dan təşkilatın texniki araşdırma qrupunun üzvü Yurgen Klinsmanın sözlərinə görə izahat tələb edib.

Aut.az xəbər verir ki, Klinsmann İran yığmasının Qətərdə keçirilən dünya çempionatında Uels yığmasına (2:0) hakimə rüşvət verməsi sayəsində qalib gəldiyini bildirib. Məsələ ilə bağlı açıqlama verən İran yığmasının baş məşqçisi Karlos Keyruşun açıqlamasında deyilir:

“İran Futbol Federasiyası artıq FİFA-dan bu məsələ ilə bağlı dərhal aydınlıq tələb edib. Klinsmanndan üzr istəməsini və FİFA Texniki Tədqiqat Qrupunun üzvü kimi vəzifəsindən istefa verməsi tələb olunub”.

Aut.az

Exit mobile version