AUT.AZ

Bu komanda ona titul verməyəcək – Lap 4 ildən sonra da

“Çelsi”nin sabiq kapitanı və müdafiəçisi Con Terri “Tottenhem”in hücumçusu Harri Keyn haqqında fikirlərini bölüşüb.

Aut.az “beIN Sports”a istinadən xəbər verir ki, Terri Keynə komandasını dəyişməyi tövsiyə edib. O, hücumçunun “Tottenhem”də titul qazanmaq şansının az olduğunu vurğulayıb:

“Düşünürəm ki, Keyn titullara acdır. “Tottenhem”də onun çempionluğa iddialı olmayacağı aydın deyil? Lap bundan sonra 4 il keçsə də.

Gəlin dürüst olaq: ​​hazırda dünyanın ən yaxşı hücumçularından birinə sahibik. Ona, titullar qazanmaq və Avropanın ən yaxşı klublarında oynamaq lazımdır.

“Tottenhem” tam olaraq bu kateqoriyaya aid deyil. Klub ona titul verməyəcək. Əminəm ki, Keyn karyerasını bitirəndə qazandığı kuboklara baxmaq istəyəcək”.

Aut.az 

Exit mobile version