AUT.AZ

“Böyük Qayıdış”da 1/4 finalçılar bəlli oldu

Məktəblilər arasında keçirilən “Böyük Qayıdış” futbol çempionatında yarımfinalçılar müəyyənləşib.

Aut.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibi olan Füzuli rayon Qayıdış qəsəbə 6 saylı tam orta məktəbin müəllimi Mirdamət Quliyevin layihəsi əsasında keçirilən çempionatda 11 komandanın iştirakı ilə daha bir mərhələnin oyunları keçirilib.

BAMF təşkilatçılığı ilə layihə üçün salınmış futbol meydançasında Qayıdış qəsəbə məktəbləri, Mahmudlu1 kənd tam orta məktəbi ilə yanaşı UGİŞM-in 2 komandası da mübarizə apardırdı.

UGİŞM 1 komandası, Qayıdış qəsəbəsinin 6-7 saylı məktəbləri 1/4  finala vəsiqə əldə ediblər. Daha əvvəlki mərhələlərdə isə 5 komanda vəsiqəyə sahib çıxmışdı.

1/4 final qarşılaşmaları noyabrın 29-da keçiriləcək.

Aut.az

Exit mobile version