AUT.AZ

Studiyada olarkən danışmaq asandır – Bastenə cavab

“Liverpul”un və Hollandiya yığmasının müdafiəçisi Vircil van Deyk “Qızıl top”un üçqat sahibi Marko van Bastenin tənqidlərinə cavab verib.

Aut.az xəbər verir ki, Basten DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun Hollandiya – Ekvador oyunundan (1:1) sonra van Deyki buraxılmış qolda günahlandırmışdı:

“Van Deyk sadəcə durub baxdı və Valensiyanın qolunu izlədi. Nəyə baxırdı? O, rəqibini qabaqlamalı idi!”

 

Deyk Basteni daim deyindiyinə görə qınayıb:

“Onun nə vaxtsa yaxşı söz dediyini eşitməmişəm, həmişə deyinib. Studiyada olarkən danışmaq asandır. Mən kapitan kimi uğursuzam? Bunu deyərkən mənim nə etməyimi istəyirsən? Mən həmişə öndəyəm. Bacardığım qədər komandanı irəli aparmağa çalışıram”.

Aut.az

 

Exit mobile version