AUT.AZ

Qətl törədən Ruslan tanınmış məşqçinin oğludur

Bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədildiyi barədə məlumat vermişdik. Sumqayıt şəhər sakini Ruslan Səfixanov aralarında yaranan mübahisə zamanı Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Aut.az xəbər verir ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Exit mobile version