AUT.AZ

Pepin futbol fəlsəfəsini izah etdi – Xavi

“Barselona”nın baş məşqçisi Xavi “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola haqda danışıb.

Aut.az xəbər verir ki, Xavi rəhbərliyi altında oynadığı Pepin futbol fəlsəfəsini izah edib. O, “Mançester Siti”nin mətbuat xidmətinə belə deyib:

“Qvardiolanın unikal futbol anlayışı var. İstənilən halda  oyunun necə inkişaf edəcəyini başa düşməyinizi istəyir.  O, hücuma fokuslanaraq, müdafiə tərzini dəyişdi”.

Qvardiola “Barselona”da Xavi ilə komanda yoldaşı olub, daha sonra İspaniya komandasında baş məşqçi kimi çalışıb.

Aut.az

 

Exit mobile version