AUT.AZ

O, növbəti Messi ola bilər – Matteus Camal haqda

Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteus “Bavariya”nın futbolçusu Camal Musial haqda danışıb.

Aut.az xəbər verir ki, Matteus Camalın potensialını yüksək qiymətləndirib və onu Messi ilə müqayisə edib:

“O, növbəti Messi ola bilər. Onu izləyin, əla oyunçudur. Hətta onun “Bavariya”dakı uğurlarını nəzərdə tutaraq belə demirəm, o, 100% futbola köklənmiş oğlandır.

Diqqəti yayındırmır, peşəkardır, çox ağıllıdır, oyuna həvəslidir. Bir neçə il əvvəl, ilk dəfə görəndən onun böyük pərəstişkarıyam”.

Aut.az

Exit mobile version