AUT.AZ

Maradona günləri geridə qaldı – Messiyə lazımdır ki…

Polşa millisinin keçmiş oyunçusu, hazırda UEFA-nın vitse-prezidenti olan Zbiqnev Bonek dünya çempionatı haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Bonek Maradona ilə Messini də müqayisə edib:

“Düşünürəm ki, bu dünya çempionatında böyük sürprizlər olmayacaq. Mundial, futbolçuların yorulduğu iyunda deyil, ayaqlarının indi-indi açıldığı noyabrda keçirilir. Bu dünya çempionatında ən yaxşı oyunçuları olan komandalar qələbəyə əsas namizəddirlər. Hesab edirəm ki, ən güclü komandalar Braziliya, Argentina, Almaniya və İspaniyadır.

Müasir futbolda bir futbolçunun təkbaşına fərq yarada biləcəyini düşünmürəm. Təbii ki, kiminsə həlledici rol oynaması mümkündür, amma qalib gəlmək üçün komanda lazımdır.

Maradona günləri geridə qaldı. Dieqo turniri təkbaşına qazana bilərdi, amma bunun üçün Messiyə komanda lazımdır”.

Aut.az

Exit mobile version