AUT.AZ

Braziliya Neymarın istedadına layiq deyil – Əsəbiləşdi

Braziliya millisinin hücumçusu Rafinya komanda yoldaşı Neymar haqda danışıb. Aut.az xəbər verir ki, Rafinya Neymarın zədələnməsinə azarkeşlərin reaksiyasından qəzəblənib. O, “Qlobo” nəşrinə açıqlamasında belə deyib:

“Braziliyalı azarkeşlər Neymarın ayağından zədə almasına sevinirlər. Kədərlidir, Neymarın həyatında ən böyük səhv braziliyalı kimi doğulmasıdır. Bu ölkə onun istedadına və futboluna layiq deyil”.

Neymarın Serbiya ilə qarşılaşmada topuğundan zədələndiyi bildirilir. Onun, qrup mərhələsinin oyunlarında iştirak edə bilməyəcəyi güman olunur.

Aut.az

Exit mobile version