AUT.AZ

“Barsa”dan təşəbbüs: Muqaviləyə xitam verək

“Barselona”nın müdafiəçisi Jordi Alba komanda ilə müqaviləni ləğv edə bilər.

Aut.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, bu təşəbbüs klubdan gəlib. Mənbənin sözlərinə görə, “Barselona” rəhbərliyi hələ də futbolçuların maaşı ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Jerar Pikenin karyerasını bitirməsindən Serxio Busketsin ehtimal olunan gedişindən sonra növbəti addım Jordi Alba ilə müqaviləyə xitam verməkdir.

Rəhbərlik müdafiəçi ilə qışda görüşərək mövsümün sonunda müqaviləyə xitam verilməsini müzakirə edəcək. 33 yaşlı Albanın hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Futbolçu “Barselona”nın heyətində 441 oyun keçirib, 25 qol vurub və 95 məhsuldar ötürmə edib, klubla 15 kubok qazanıb.

Aut.az

Exit mobile version