AUT.AZ

Bolqarıstanda “qızıl” qazandılar

Azərbaycan gimnastları Maqsud Maqsudov və Hüseyn Abbasov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar.

Aut.az xəbər verir ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.

Yarışa noyabrın 26-da yekun vurulacaq.

Exit mobile version