AUT.AZ

Almaniyadan futbolçu transfer etdi

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Roytlinqen” klubundan Ozan Suncakı transfer edib. Bu barədə “sarı-lacivərtlilər”in mətbuat xidməti məlumat yayıb.

18 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilənin müddəti barədə açıqlama verilməyib.

Exit mobile version