AUT.AZ

Ronaldonun şortikindən çıxardıb ağzına atdığı nə olub? – Foto

Dünya çempionatında Portuqaliya-Qana oyununda yaşanan bir epizod geniş müzakirə olunur.

Oyunu zamanı çəkilən videodan görünür ki, Kriştiano Ronaldo  əlini formanın şortikinin içinə salır və oradan nəsə çıxardaraq ağzına atır.

Aut.az xəbər verir ki, bu müzakirəyə portuqal   jurnalist Fransisko Abreu aydınlıq gətirib: “Onun şortikdən çıxardığı saqqız idi. Dəqiq deyirəm, bu, sadəcə saqqız idi”.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın qələbəsi ilə yekunlaşıb (3:2), qollardan birini isə Ronaldo vurub.

Aut.az

Exit mobile version