Azərbaycan futbolu

“Neftçi” nigeriyalı futbolçunu baxışa çağırdı

Nigeriyalı futbolçu Peter Oluka karyerasını “Neftçi”də davam etdirə bilər.

Aut.Az xəbər verir ki, məlumatı “Sports247” yayıb.

 

Xəbərə görə, Bakı təmsilçisi “36 Lion” klubunda çıxış edən oyunçuya təklif göndərib.

“Neftçi” futbolçunu baxışa dəvət edib. Yarımmüdafiəçi artıq Bakıya yola düşüb.

“Ağ-qaralar” Olukanı “Caqaban kuboku”nda bəyənib. Oluka həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.