AUT.AZ

DÇ-də Məhsa üçün axan göz yaşı – Foto

İranlı azarkeşlər DÇ-2022-nin qrup mərhələsində Uelslə oyundan əvvəl dövlət himninə emosional reaksiya veriblər.

Aut.az xəbər verir ki, stadionda olan bir çox iranlı himn səsləndirilərkən ağlayıb. İddia olunur ki, azarkeşlərin göz yaşı İran polisinin öldürdüyü Məhsa Əmini üçün axıb.

Qeyd edək ki, İran millisinin futbolçuları İngiltərəyə qarşı keçirdikləri oyundan öncə dövlət himnini oxumamışdılar. Yığma üzvləri həmin oyunda Məhsa Əmininin öldürülməsinə belə etiraz etmişdilər.

İngiltərə ilə qarşılaşmada azarkeşlər futbolçularla həmrəylik nümayiş etdirərək, himni fitə basmışdılar.

Aut.az

Exit mobile version