AUT.AZ

Fransa millisinin müdafiəçisi əməliyyat olundu

“Bavariya”nın və Fransa millisinin üzvü Lukas Hernandes əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Müdafiəçi dizindən uğurlu əməliyyat keçirib. Futbolçunun bərpa müddəti açıqlanmayıb.

Hernandes Fransa millisinin dünya çempionatının ilk turunda Avstraliyaya qarşı keçirdiyi oyunda (4:1) zədələnmişdi.

Exit mobile version