AUT.AZ

FİFA-dan xristian azarkeşlərə qadağa

FİFA bu gün Qətərdə üz-üzə gələcək İngiltərə və ABŞ milli komandalarının azarkeşlərinin müsəlmanları təhqir edəcəyindən ehtiyatlanır.

Aut.Az xəbər verir ki, beynəlxalq futbol qurumu tərəfdarlara səlibçi cəngavər paltarı geyinməyi qadağan edib.

 

Ayrıseçkiliyə qarşı mübarizə aparan “Kick It Out” fan-qrupu da pərəstişkarlarına bu tip geyimləri geyinməməyi tövsiyə edib.

Beləliklə, plastik qılınc və üzərində Müqəddəs Georginin xaçı ilə bəzədilmiş qalxanları olan zəncirli köynəklər geyinmiş azarkeşlər Dohanın şimalında yerləşən “Al-Beyt” stadionuna daxil ola bilməyəcək.

Exit mobile version