AUT.AZ

Fernandeşdən azarkeşlərə – Ronaldonu tənqid edin

Portuqaliya yığmasının yarımmüdafiəçi Bruno Fernandeş Ronaldo ilə bağlı azarkeşlərə müraciət edib.

Aut.az ESPN-ə istinadən xəbər verir ki, Bruno azarkeşlərdən Ronaldonu tənqid etmələrini xahiş edib.

“Siz onu tənqid edəndə biz onu ən yaxşı vəziyyətdə görürük” deyən Fernandes, Ronaldonun  belə şəraitdə işləməyi xoşladığını bildirib. O əlavə edib ki, Kriştiano ilə eyni komandada oynamaq onun gerçəkləşən arzusudur.

Ronaldo DÇ-2022-də qrup mərhələsində Qana ilə keçirilən oyunda komandasının ilk qolunu vurub. Oyun Portuqaliyanın qələbəsi ilə yekunlaşıb – 3:2

Aut.az

Exit mobile version