AUT.AZ

“Bunu tarix dərsi saymaq olar”

Uels millisinin lideri Qaret Beyl məktəb müəllimlərinə müraciət edib.

Autt.Az   xəbər verir ki, o, ölkəsinin yığmasının DÇ-2022 çərçivəsində İrana qarşı keçirəcəyi oyunun dərs əvəzinə uşaqlara göstərilməsini istəyib:

 

“İranla oyun Uels vaxtı ilə 10:00-da başlayacaq. Mən müəllim olsaydım, uşaqların məktəbdə bu görüşü izləməsinə şərait yaradardım. Ümid edirəm ki, bizim müəllimlərimiz məhz belə edəcəklər. Axı yığmanın dünya çempionatında oynaması Uels üçün tarixi andır.

Mənim övladı olan bəzi tanışlarım uşaqlarının bu matçı izləməsini arzulayırlar. Lakin onlar övladlarını məktəbdən götürmək istəmirlər. Məncə, bir sıra müəllimlər dərslərin yerinə uşaqlara oyunun göstərilməsinin tərəfindədirlər. Əlbəttə, bunu qısa tarix dərsi də saymaq olar”.

Exit mobile version