AUT.AZ

Braziliya yarımcan qaldı – Neymar və Danilo…

Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymar və Danilonun durumundan danışıb.

Hər iki futbolçu Serbiya ilə oyunun ikinci hissəsində (2:0) zədələnib. Danilo sol topuğunu əzib, Neymarın sağ topuğunda problemlər var. Aut.az “Globo Esporte”yə istinadən xəbər verir ki, yığmanın həkimi bildirib ki, Danilo və Neymar dünya çempionatının qrup mərhələsinin qalan iki matçını buraxacaqlar:

“Testlər Neymarın sağ topuğunun yan bağının zədələndiyini və kiçik sümük şişinin olduğunu göstərdi. Danilonun sol topuğunda orta bağ zədəsi var.

Futbolçuların müalicəsi davam edir. Sakit qalmaq, dinc olmaq çox vacibdir. Məlumata sahib olmaq və onun əsasında ən yaxşı qərarlar qəbul etmək üçün hər gün qiymətləndirmə aparılacaq.

İndidən deyə bilərik ki, hər iki futbolçu növbəti matçda iştirak etməyəcək, lakin müalicə olunacaqlar və məqsədimiz onların bu turnir zamanı sağalmalarına çalışmaqdır”.

Braziliya qrupda növbəti oyunu İsveçrə və Kameruna qarşı keçirəcək.

Aut.az

Exit mobile version