AUT.AZ

Bekhem də ortaq sahib ola bilər – Əlaqə saxlayıblar

Devid Bekhem “Mançester Yunayted”in ortaq sahibi ola bilər.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb. Bildirilir ki, “Mançester Yunayted”in keçmiş oyunçusu klubun mümkün alıcıları ilə danışıqlara açıqdır. Bekhem konsorsiuma daxil ola bilər.

Bekhemə yaxın mənbələr deyirlər ki, “Mançester Yunayted”in potensial iddiaçıları Qleyzer ailəsi klubu satmaq istədiklərini rəsmən elan etməmişdən əvvəl Bekhemlə əlaqə saxlayıblar.

Hazırda MLS-də “İnter Mayami”nin sahibi olan Devid Bekhem 1993-2003-cü illərdə “Mançester Yunayted”də çıxış edib.

Aut.az

Exit mobile version