AUT.AZ

Atasının dəfninə onlayn qoşulub

“Liverpul”un qapıçısı Alisson Bekker atasının dəfn mərasimi haqda danışıb.

Aut.az xəbər verir ki, Alisson pandemiya səbəbindən dəfndə iştirak edə bilməmiş, mərasimə onlyan qoşulmuşdu. O, həmin  günləri belə xatırlayır:

“Yadımdadır ki, onun vəfatı pandemiyanın qızğın vaxtında baş verdi və mən dəfn mərasimində iştirak edə bilmədim. Dəfndə onlayn iştirak etdim, bu mənim qərarım idi.

“Liverpul”  mənə evə getmək üçün hər şeyi təklif etdi, komanda yoldaşlarım çarter reysi təklif etdilər ki, birbaşa Portu-Aleqriyə  gedə bilim.

İstəsəm, bunu mənim üçün edərdilər, amma o an gedə bilmədim.

Həyat yoldaşım hamilə idi, risk altında idi və onu təhlükəyə ata, tək qoya bilməzdim. O da mənim kimi əziyyət çəkdi. Anam üçün narahat idim, amma qardaşım onun yanında oldu. O zaman uzaq qalmaq rasional qərar idi”.

2021-ci ilin fevralında Alissonun atası Xose Bekker çayda boğulub. Onun 57 yaşı var idi.

Aut.az

 

Exit mobile version