AUT.AZ

Argentinaya qalib gəldilər – Mükafat bu avtomobil oldu  

Səudiyyə Ərəbistanı futbolçularının Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəyə görə alacaqları hədiyyə bəlli olub.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanının hər bir oyunçusu  mükafat olaraq “Rolls-Royce” avtomobili alacaqlar. Xatırladaq ki, oyun 2:1 hesabı ilə Asiya yığmasının xeyrinə başa çatıb.

Hazırda Herve Renarın komandası üç xalla C qrupunda turnir cədvəlində birinci yerdədir. Polşa və Meksikanın hərəyə bir xalı var. Argentinanın xalı yoxdur.

Aut.az

Exit mobile version