AUT.AZ

Almaniya millisinin 7 futbolçusunun otel toplantısı

Almaniya millisinin futbolçuları dünya çempionatında Yaponiya komandası ilə ilk oyun (1:2) ərəfəsində siyasi jestləri müzakirə ediblər.

Aut.az “sport1.de”-yə istinadən xəbər verir ki, Almaniya millisinin yeddi futbolçusu oyundan əvvəl Dohadakı otelə toplaşıb. Görüşdə xüsusilə, Manuel Noyer, İlkay Gündoğan, Josua Kimmix, Leon Qoretska və Tomas Müller iştirak edib. Bir saat ərzində onlar matç zamanı etiraz olaraq istifadə oluna biləcək jestləri və simvolları müzakirə ediblər. Nəticədə, Almaniya millisi Yaponiya ilə oyun başlamazdan əvvəl komanda şəklində əlləri ilə ağızlarını bağlayıb.

Bəzi oyunçular müzakirədən əsəbiləşiblər və bu planda iştirak etməməyi üstün tutublar. Söhbət xüsusilə də, gənc futbolçulardan gedir.

FİFA milli komandalara göy qurşağı rəngli kapitan sarğılarından istifadə etməyi qadağan edib ki, bu da Almaniya yığmasının üzvlərinin hiddətinə səbəb olub.

Exit mobile version