AUT.AZ

“Zərər göz qabağındadır”

“Bavariya”nın fəxri prezidenti Uli Höness Qətərdə keçirilən  dünya çempionatını tənqid edib.

Aut.az xəbər verir ki, Höness mundialın hazırkı formatından narazılıq edib:

“Dünya çempionatı hazırkı formada heç vaxt uğurlu olmayacaq. Bu, artıq aydındır və ümumilikdə futbola zərər verəcək.

Reytinqlərə, insanların bu mundiala olan həvəsinə nəzər salın. Artıq zərər göz qabağındadır”.

Hönessin fikrincə, Qətərin daim tənqid olunmasına baxmayaraq, boykot və ya turniri vaxtından əvvəl tərk etmək yanlış yoldur:

“Uzun illər ərzində vəziyyəti düzəltmək və müvafiq səlahiyyətləri həyata keçirmək üçün kifayət qədər vaxt var idi.

Düşünürəm ki, Avropa federasiyaları, əslində nə qədər gücə sahib olduqlarını dərk etməyiblər”.

Aut.az

 

Exit mobile version