AUT.AZ

Qurban ayrılır – Xahiş edib ki…

Qurban Berdıyev İranın “Traktor” klubundan ayrılır.

Aut.az xəbər verir ki, 70 yaşlı mütəxəssis klub rəhbərliyindən xahiş edib ki, onu tutduğu vəzifədən azad etsinlər.

Berdıyev ayrılmaq istəməsinin səbəbini də açıqlayıb. O, klubun mətbuat xidmətinə belə deyib:

“Son günlər Rusiya futboluna qayıtmağım gündəmə gəlib. Rusiyadan gələn təklif ciddi idi və bu gün “Traktor” rəhbərliyindən məni vəzifədən azad etməyi rəsmən xahiş etdim.

Söhbət puldan getmir. Mən yalnız mənəvi borcuma görə və Rusiya futbolunun ehtiyacları ilə bağlı gedirəm. Rusiyaya qayıtmalıyam.

“Traktor”da olmağım mənə azarkeşləri, komanda üzvlərini və İran xalqını daha yaxından tanımağa imkan verdi. İndi bizim dostluq münasibətlərimiz var.

Ümid edirəm ki, direktorlar şurası və klub rəhbərliyi vəziyyətimi başa düşəcək”.

Berdıyev bu ilin iyununda “Traktor”a baş məşqçi və texniki direktor təyin edilib. Onun rəhbərliyi altında komanda İran çempionatında 11 oyun keçirib və 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Berdıyevin “Soçi”ni çalışdıracağı bildirilir.

Aut.az 

Exit mobile version