AUT.AZ

Qadın futbolçuların problemi – 44 faizi etiraf edir ki…

Qadın futbolu texnologiya və inkişaf sarıdan əziyyət çəkir.

Aut.az xəbər verir ki, bu barədə Amerikanın “Sports Engineering” jurnalında dərc olunan məqalədə deyilir.  Qadın futbolçular xüsusi hazırlanmış avadanlıqlara ehtiyac duysalar da, kişilər üçün nəzərdə tutulmuş forma və butslarda oynamağa məcburdurlar.

Məqalə müəllifləri, o cümlədən İngiltərə yığmasının kapitanı Liya Uilyamson qadın futbolunda texnologiyanın effektivliyi ilə bağlı araşdırmaların olmamasına diqqət çəkirlər – bu yaxınlarda aparılan araşdırmada bu mövzuda yalnız 32 dərc edilmiş elmi məqalə aşkar edilmişdir.

Bu da, qadın oyunçular üçün fərdi avadanlıqların yaradılmasını çətinləşdirir. Kişilər üçün nəzərdə tutulmuş avadanlıqların istifadəsi zədə riskini artırır və meydançadakı performansı azaldır, çünki qadınlar topa vurmaq üçün daha çox səy göstərməlidirlər.

Bundan əlavə, müəlliflər bildirirlər ki, peşəkar futbolçular forma sponsorları tərəfindən təqdim olunan dman büstqalterlərini taxmağa məcbur olurlar. Onlar qaçış zolağında gəzərkən və ya qaçarkən sinəni dəstəkləmək üçün nəzərdə tutulmuşdur. Lakin idmançıların fəal şəkildə istiqamət dəyişdirdiyi gərgin və uzun bir futbol oyunu üçün yararlı deyil.

Döşlərin həddindən artıq hərəkəti oyun zamanı diskomfort və ağrıya səbəb olur, bunu peşəkar futbolçuların 44%-i etiraf edir.

Müəlliflər ümid edirlər ki, qadın futbolunun populyarlığı artdıqca, avadanlıqlarının istehsalçıları qadınlar üçün  texnologiya və təhlükəsizlik tələblərinə daha çox diqqət yetirəcəklər.

Aut.az

Exit mobile version