AUT.AZ

Norveç FİFA-ya qarşı çıxdı

Norveç Futbol Assosiasiyası (NFA) FİFA prezidenti Canni İnfantinonun siyasətinə qarşıdır.

Aut.Az xəbər verir ki, NRK qurumun başqanı Lize Klavennesin dediklərini belə çatdırıb:

 

“Biz Danimarka Futbol İttifaqının mövqeyini dəstəkləyirik. İnfantinonun yaxşı lider olduğuna əmin deyilik. Təəssüf ki, heç kəs FİFA başqanlığına namizədliyini irəli sürmədiyi üçün o, hazırda növbəti dəfə prezident seçilmək üzrədir. Son vaxtlar baş verənlər FİFA və İnfantinonun insan hüquqlarına dəyər vermədiklərinin göstəricisidir”.

Daha öncə Danimarka Futbol İttifaqı da İnfantinonu tənqid atəşinə tutmuşdu.

Qeyd edək ki,  6 mart 2023-cü il tarixində Ruandada FİFA-nın növbəti konqresi keçiriləcək və yeni prezident rəsmən elan ediləcək.

Exit mobile version