AUT.AZ

Messi ilə Ronaldonun şəklinin sirri

Kriştiano Ronaldo ilə Lionel Messinin şahmat taxtası arxasında çəkilən və böyük rezonans doğuran fotosunun sirri məlum olub.

Aut.az xəbər verir ki, şəkildə fiqurların yerləşməsindən aydın olub ki, bu, Karlsenlə Hikaru Nakamura arasında 2017-ci ildə keçirilən oyunun surətidir.

Lövhədəki fiqurlar elə düzülüb ki, oyunçuların heç biri qalib gələ bilməyəcək. Bu, brendin düşünülmüş qərarı olub.

Şahmat mütəxəssisi Bryus Pandolfini fotosessiyada iştirak edib və fiqurların yerləşməsinə cavabdehlik daşıyıb. Fiqurlar elə yerləşməli idi ki, nə Ronaldonun, nə də Messinin qalib gəlmək şansı olmasın.

Aut.az

Exit mobile version