AUT.AZ

Həbib Qətərdə bu oyunu izlədi – Foto

Keçmiş MMA döyüşçüsü Həbib Nurməhəmmədov dünya çempionatının oyunlarını izləmək üçün Qətərə gedib.

Aut.az xəbər verir ki, Kanada – Belçika matçını stadiondan izləyib. O, stadionda çəkilən şəklini sosial şəbəkədə paylaşıb.

Nurməhəmmədov şəklə belə şərh yazıb: “Çox sağ ol, Qətər”.

Xatırladaq ki, Kanada – Belçika matçı noyabrın 23-də baş tutub və 1:0 hesabı ilə “qırmızılar”ın xeyrinə başa çatıb.

Nurməhəmmədova gəlincə, o, futbola olan sevgisini heç vaxt gizlətməyib və “Real” azarkeşlik etdiyini bildirib.

Aut.az

Exit mobile version