AUT.AZ

DÇ-2022: Ronaldoda koronavirus aşkarlandı

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Nazario koronavirusa yoluxub.

Aut.Az xəbər verir ki, veteran hücumçu bu səbəbdən Braziliya yığmasının Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi oyunu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.

Xatırladaq ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.

Exit mobile version