AUT.AZ

Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

Aut.az xəbər verir ki, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul-6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Azərbaycanın U-18 millisi sonuncu çempionatda bürünc mükafatın sahibi olub.

Exit mobile version