AUT.AZ

Şahzadənin təyyarəsi ilə Almaniyaya aparıldı

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda (2:1) zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

Aut.Az xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şahzadəyə məxsus  təyyarəni ayırıblar.


Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Al-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.

Exit mobile version