AUT.AZ

Ronaldo getdi, səhmlər bahalaşdı

“Mançester Yunayted”in səhmləri son iki gündə bahalaşıb.

Aut.az xəbər verir ki, bahalaşma Kriştiano Ronaldonun komandanı tərk etməsi ilə bağlı xəbərlər, eləcə də klubun satıla biləcəyi barədə məlumatın yayılması fonunda baş verib.

Noyabrın 23-də günortadan sonra Nyu-York Fond Birjasında ilkin hərraclarda “Mançester Yunayted”in qiymətli kağızlarının hər biri 11 faiz bahalaşaraq 16,6 dollara satılıb. Bir gün əvvəl, noyabrın 22-də isə 14,94 dollara satılırdı. Əvvəlki günə nisbətən 15 faiz baha.

Qeyd edək ki, Ronaldonun klubdan ayrılması ilə bağlı xəbər dünən – noyabrın 22-də yayılıb. Noyabrın əvvəlində isə məlumat yayılmışdı ki, Qreyzerlər ailəsi klubu satmaq haqda düşünürlər.

Aut.az

Exit mobile version