AUT.AZ

Ronaldo ərəblərin yanında qalacaq? – Fantastik təklif aldı

Kriştiano Ronaldo karyerasını Avropadan kənarda davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb. “Mançester Yunayted”lə müqaviləyə xitam verən hücumçunun xidmətində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu maraqlıdır.

Bildirilir ki, portuqaliyalıya hələ yayda Səudiyyə Ərəbistanından böyük təklif gəlib. Ona iki mövsüm üçün 250-275 milyon avro təklif olunub.

Hazırkı təklif də ona yaxındır. Nəşr iddia edir ki, Ronaldo təklifi qəbul etsə, 2 il ərzində təxminən 242 milyon avro alacaq.

Aut.az

Exit mobile version