AUT.AZ

Peplə müqavilə uzadıldı – Heyrətamiz olacaq

“Mançester Siti” Xosep Qvardiola ilə müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Tərəflərin yeni anlaşması 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Mançester Siti”nin sahibi Xaldun Xəlifə Əl Mübarək Qvardiola ilə müqavilənin uzadılmasını şərh edib:

“Pepin “Mançester Siti” ilə səyahətinin davam edəcəyinə şadam. Onun artıq klubumuzun uğurunda və strukturunda çox böyük əməyi var. Qvardiolanın hələ də enerjisini, idmana olan aclığını və ambisiyasını nəzərə alsaq, qarşıda bizi nələrin gözlədiyini təsəvvür etmək maraqlıdır”.

Qvardiolanın münasibəti isə belə olub:

“Daha iki il “Mançester Siti”də qalacağım üçün çox xoşbəxtəm. Bu etimada görə klubda hər kəsə təşəkkür edirəm. Burada işimi bacardığım qədər yerinə yetirmək üçün lazım olan hər şey var.

Bilirəm ki, bu klubun tarixində növbəti fəsil heyrətamiz olacaq. Son on ildə belə olub, növbəti illərdə də belə olacaq, çünki klubda sabitlik var. İlk gündən burada xüsusi bir şey hiss etdim. Buradan daha yaxşı yer düşünə bilməzsiniz”.

Aut.az

Exit mobile version