AUT.AZ

Müsahibəni bu niyyətlə veribmiş

Rio Ferdinand Kriştiano Ronaldonun “Mançester Yunayted”dən ayrılmasından danışıb.

Aut.az xəbər verir ki, Ferdinand Ronaldonun gedişindən, MY-in baş məşqçisi Ten Haqın da razı qaldığını bildirib:

“Məncə, indi hər iki tərəf xoşbəxtdir. Açığı, Ronaldo o müsahibəni klubdan getmək niyyəti ilə vermişdi.  O, narazı idi və müsahibəsi ilə bunu bəyan etdi.

Amma inanıram ki, Erik ten Haq da bu vəziyyətdə istədiyinə nail oldu. Hər iki tərəf xoşbəxtdir, həyat davam edir. Kriştiano Ronaldo üçün növbəti fəsil başlayır”.

Aut.az

 

 

Exit mobile version