AUT.AZ

DÇ-2022: Fransa millisində daha bir ciddi itki

Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri C qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

Aut.Az xəbər verir ki, Avropa təmsilçisinin heyətində Lukas Hernandes zədələnib.

 

10-cu dəqiqədə sıradan çıxan 26 yaşlı müdafiəçi görüşü davam etdirə bilməyib. Bu üzdən də 13-cü dəqiqədə onun əvəzində qardaşı Teo Hernandes meydana buraxılıb.

Xatırladaq ki, Fransa yığması DÇ-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi.

Exit mobile version