AUT.AZ

Ay ərzində 50 videoya baxıb ki… – Penaltini qaytaran qapıçı

Meksika yığmasının qapıçısı Qilermo Oçoa Polşa ilə qarşılaşmada (0:0) Robert Levandovskinin vurduğu penaltini necə dəf etməsi haqda danışıb.

Aut.az xəbər verir ki, qapıçı bunun üzərində xeyli məşq etdiyini bildirib:

“Bir neçə həftə, hətta bir aydır ki, qapıçılar üzrə məşqçi ilə bunun üzərində işləyirik.

Levandovskinin penalti videosuna baxmaq əsl tapmacadır. 50-dən çox zərbəyə baxırsan və yenə də onun necə vuracağını müəyyən edə bilmirsən.

Şadam ki, penaltini dəf edə bildim və qapının toxunulmazlığını qorudum”.

Aut.az

Exit mobile version