AUT.AZ

Ağayev titul döyüşünə çıxacaq

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxacaq.

Aut.Az xəbər verir ki, 37 yaşlı idmançı dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.

 

Ağayev “Instagram” hesabında istəyinin kəməri qazanmaq olduğunu bildirib:

“Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəyəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacağam”.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.

Exit mobile version