AUT.AZ

Ronaldo bəyanat yaydı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra açıqlama verib.

Aut.az xəbər verir ki, noyabrın 22-də “qırmızı şeytanlar”ın mətbuat xidməti tərəflərin razılığa gəldiyini və əməkdaşlığı dayandırdığını bildirib. Bundan sonra Ronaldo bəyanat yayıb:

“Mançester Yunayted”lə danışıqlardan sonra müqaviləmi ləğv etmək üçün qarşılıqlı razılığa gəldik. Mən “Yunayted”i və heç vaxt dəyişməyəcək azarkeşləri sevirəm.

Görünür, yeni çağırış axtarmağın vaxtı çatıb. “Mançester Yunayted”ə uğurlar arzulayıram”.

Exit mobile version