AUT.AZ

Qolu o uşağa həsr edib – Foto

İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş serebral iflicdən əziyyət çəkən uşağa verdiyi sözə əməl edib.

Aut.az xəbər verir ki, Qriliş uşağa söz verib ki, qol vursa, ona həsr edəcək. Yarımmüdafiəçi İranla qarşılaşmada (6:2) komandasının 6-cı qolunu vurub.

O, qol vurduqdan sonra 11 yaşlı Finliyə verdiyi sözə əməl edib, gülümsəyib və qollarını irəli uzadıb. Finli, bacısı eyni xəstəlikdən əziyyət çəkən Qrilişə məktub yazıb və onların tanışlığı belə başlayıb.

Qriliş uşağın məktubuna cavab verib, daha sonra isə onun görüşünə gedib. Elə həmin görüşdə də söz verib ki, qol vursa, ona həsr edəcək.

 Aut.az

Exit mobile version